"Uğurumuz tamamile realdır"

Isa Qember: "Hakimiyyet seçkileri yene saxtalaşdırsa, ölkede ciddi demokratik müqavimet qaçılmaz olacaq"

"Ölkede köklü deyişiklikler olmalıdır ve onu dinc şekilde, ardıcıl olaraq heyata keçirmek lazımdır"

Eslinde onları redaksiyamıza birlikde devet etmişdik. Amma seçki kampaniyasının gergin dövrü olduğundan, "Bakı-Xeber"de görüş vaxtını uzlaşdırmaq mümkün olmadı. Bu sebebden de, 6 noyabr parlament seçkilerinin favoriti hesab olunan "Azadlıq" blokunun liderleri ayrı-ayrılıqda redaksiyamızın qonağı oldular. Bir gün evvel AXCP sedri Eli beyle geniş ve maraqlı söhbetimiz olmuşdu. Daha sonra Müsavat başqanı "Bakı-Xeber"in qonağı oldu ve iki saata yaxın vaxt erzinde en müxtelif suallarımızı etraflı cavablandırdı. Bu günden başlayaraq, derc etdiyimiz Isa beyle geniş müsahibeni "Azadlıq" blokunun tebliğat-teşviqat kampaniyasının startı kimi de qiymetlendirmek olar. Önce qezetimizin sabiq baş redaktoru Aydın Quliyev Müsavat başqanını qezetimizin kollektivi adından salamladı. Aydın bey Azerbaycanda ve ölke xaricinde çox böyük ve nüfuzlu bir müxalifet bloku kimi özünü tesdiqlemiş "Azadlıq" blokunun yaranmasında, güclenmesinde, dünyada tanınmasında, qebul olunmasında Isa beyin böyük rolu olduğunu vurğuladı ve I.Qemberle kollektivimizin görüşünü elametdar saydı.

"Bu baxımdan, Azerbaycanda demokratiyanın berqerar olması üçün ardıcıl ve barışmaz mübarize aparan "Bakı-Xeber"in kollektivi üçün Isa beyle müeyyen meseleler barede müzakireler aparmaq ve onun verdiyi melumatları, şerhleri bundan sonrakı fealiyyetlerinde nezere almaq olduqca ehemiyyetlidir. Bundan sonrakı fealiyyetimizin daha da düzgün istiqametlendirilmesine ciddi ehtiyac var. Bu görüşde qezetimizin kollektivi iştirak edir. Isa bey auditoriyanın genişliyinden heç vaxt çekinmeyib. Bu baxımdan hesab edirem ki, Isa beyle söhbetimiz çox maraqlı olacaq" - deye A.Quliyev qeyd etdi.

Devete göre A.Quliyeve teşekkürlerini bildiren I.Qember "Bakı-Xeber"iin kollektivinin qonağı olmasından memnunluq hissi keçirdiyini söyledi.

- Sizin qezet qısa bir müddet erzinde ölkenin aparıcı media strukturlarından birine çevrildi ve çox fedakar, prinsipial mövqe sergiledi. En çetin mübarize döneminden bu qezetde verilen şerhler, yazılan meqaleler, teşkil olunan müsahibeler, hesab edirem ki, cemiyyetin o çetin merheleni keçmesine kömek etdi. Men oktyabr günlerini xatırlayıram. Seçki erefesinde baş veren proseslerde "Bakı-Xeber" qezeti çox önemli rol oynadı. Ve bu yolda öz fealiyyetini davam etdirir. Men bu yolda size uğurlar arzulayıram. Sizin uğurlarınız ele bizim uğurlarımızdır.

Isa beye ilk sualımız ise bir gün evvel başlayan "Menim adım hanı?" kampaniyası ile bağlı oldu.

- Kampaniyanın ilk gününde baş verenler barede öz fikirlerinizi metbuata bildirmisiniz. Lakin müeyyen detallar var ki, onunla bağlı teessüratlarınızı bizimle bölüşmeyinizi çox isterdik. Ilk günün neticeleri gösterdi ki, bu kampaniyaya neinki "Menim adım hanı?", hetta "menim komissiyam hanı?" adını da vermek olardı...

- Tamamile haqlısınız. "Menim komissiyam hanı?" sualını da qoymaq olar, "menim siyahılarım hanı" sualını da. Kampaniya başlayan gün bir çox insanlar menteqelere baş çekib, adının siyahıda olması ile maraqlanmaq istedi. Lakin bir çox menteqelerin qapıları bağlı oldu, komissiya üzvlerini tapmaq mümkün olmadı. Menteqeler açıq olan yerlerde ise seçici siyahıları yox idi. Yeni bu iki esas qanun pozuntusuna rast gelindi. Bundan sonra, seçici siyahıları lazım olan yerlerden asılmamışdı. Siyahılar berbad günde idi. Bilirsiniz ki, seçkilerin saxtalaşdırılmasında seçici siyahıları hakimiyyet üçün esas aletlerden, imkanlardan biridir. "Azadlıq" blokunun da "Menim adım hanı?" kampaniyasına başlamasının başlıca sebebi bu idi. Ele birinci gün tesdiq olundu ki, bu kampaniyanın başlanmasına çox böyük ehtiyac var. Hesab edirem ki, bu kampaniya bir ay davam etmelidir, çünki oktyabr ayının evveline kimi vaxtımız var ki, adlarımızın seçici siyahılarına salınmasını mehkemesiz hell edek. Oktyabrın 1-ne kimi vetendaşlar müvafiq senedler göstermekle, adlarını seçici siyahılarına sala bilerler ve ya rehmete getmiş, uyğun menteqenin erazisinde qeydiyyatda olmayan insanların adlarını siyahıdan mehkemesiz kenarlaşdırmaq mümkündür. Seçkiye 35 gün qalmış ise bunları yalnız mehkeme yolu ile hell etmek mümkün olacaq. Ona göre de, indiki merhelede her kes bu kampaniyaya diqqetle yanaşmalıdır ve seçkilerin azad ve edaletli keçmesini isteyen her kes bu kampaniyada iştirak etmelidir. Siyahıları seliqeye salmağın bundan daha professional yolu yoxdur. Hakimiyyet siyahıların şeffaflığını temin etmemek üçün bütün üsullardan istifade etmeye hazırdır.

- "Azadlıq" bloku, parlament seçkileri saxtalaşdırılacağı teqdirde, bütövlükde siyasi sistemin deyişmesine nail olmağa olarsa, bu halda blok hansı istiqameti götürecek; Isa Qemberin 2003-cü ildeki qelebesinin resmileşdirilmesine nail çalışacaq, yoxsa her şey sıfırdan başlayacaq?

- Bizim meqsedimiz ölkede demokratik deyişikliklere nail olmaqdır. Ölkede köklü deyişiklikler olmalıdır ve onu dinc şekilde, ardıcıl olaraq heyata keçirmek lazımdır. Konkret adlar helledici deyil: kim prezident olacaq ve ya kim deputat olacaq. Önemli olan prosesin getmesi ve xalqın iradesinin gerçekleşmesidir. Esline qalsa, ölkede azad ve edaletli seçkilerin keçirilmesine nail olandan sonra işler bitmeyecek. Daha ciddi işler ondan sonra başlayacaq. Bizim hakimiyyete gelmek meqsedimiz özüö-zünde bir vasitedir ki, xalqın, dövletin problemlerini hell etmeye başlayaq. Ona göre de, bunu bu şekilde qoymaq ki, prosesi mütleq Isa Qemberin 2003-cü ildeki qelebesinin resmileşdirilmesine aparmalıyıq, yaxud "Azadlıq" blokuna daxil olan her hansı liderin uğurunun teşkil olunması üçün aparmalıyıq, düzgün yanaşma olmazdı. Biz ümumi prosesi aparmalıyıq ve her merhelede demokratikleşmeni hansı variantda heyata keçire bilerikse, hemin variantın üstüne getmeliyik.

- 2003-cü il prezident seçkilerinin şexsen Sizinle bağlı bezi meqamları sonradan mübahise ve tenqid obyekti oldu. 16 oktyabrda verilen qerarları ve Sizin hemin gün mitinqçilerin qarşısına çıxmamağınızı nezerde tuturuq. Bilmek maraqlı olardı, bu defe de parlament seçkileri saxtalaşdırılarsa, noyabrın 7-de biz sizleri- "Azadlıq" blokunun liderlerini harada axtaraq? Evlerde, kabinetlerde, yoxsa küçelerde?..

- Bir müddet önce Moskvadan Rusiyanın önemli qezetlerinden birinin müxbiri gelmişdi. Müsahibe zamanı bizi, demokratik qüvveleri milletçi ve etraf ölkelerle münasibetin qurulmasında maraqlı olmayan bir qüvve kimi teqdim etmeye cehd gösterdi. Men ona izah etmeye çalışdım ki, axı o stereotiplerdir, miflerdir. Azerbaycanda çox ciddi demokratik qüvveler var ki, onlar ölkenin milli maraqlarından çıxış edirler. Ve hesab edirler ki, dünyaya qaynayıb qarışma, inteqrasiya olunmaq, qonşularla münasibet Azerbaycanın milli maraqlarına cavab verir. Ona göre de, sizin bu tesevvürleriniz yanlışdır. Görünür, bu halda bir az kompliment demek istedi ve maraqlı bir şey dedi. Bildirdi ki, yox, bizim sizin partiyaya hörmetimiz var ve seçkilerden evvel sizin müavinlerinizden birile söhbet etmişdim. Soruşmuşdum ki, seçkilerden sonra harada olacaqsınız? O da dedi ki, ya hakimiyyetde olacağıq, ya da ki, hebsxanada. Ve indi görürem ki, hemin müavininiz sözüne emel edib, hebsxanadadır. Ona göre de, görürem ki, siz ciddi bir qüvvesiniz. Biz taleyimizi deyil, yolumuzu seçirik. Bu yolda tale bize hansı uğurlar, çetinlikler yaradır, bu qismetden, dünyada geden qlobal poseslerden ve Azerbaycandakı veziyyetden asılı ola biler. Hakimiyyet seçkileri yene saxtalaşdırsa, ölkede ciddi demokratik müqavimet qaçılmaz olacaq. Bunu bütün dünya da başa düşür, hakimiyyet de, ele biz özümüz de. Demokratik müqavimetin uğurunun bir neçe şerti var. Bu şertlerden biri müqavimetin dinc xarakter daşımasıdır. Eger hakimiyyet bizi zor müstevisine çekmek isteyirse, bu menada o bizden güclüdür. Biz dinc müstevide, davamlı olaraq mübarize aparmağı bacarmalıyıq. Ve düşünürem ki, bunu bacaracağıq. Ikinci şert müqavimetin müteşekkiliyi ve kütleviliyidir. Kütlevi xarakter daşımasa ve yene de mübarize aparmaq 10 min, 20 min ve ya 30 min fedakar müxalifetçinin öhdesine qalsa, deyişikliklere nail olmaq çox çetin olacaq. Xalqın deyişiklik isteyen hissesi bu dinc demokratik mübarizede aktiv iştirak etmelidir ve bu, eyni zamanda müteşekkil olmalıdır. Eger çox böyük kütleler mübarizeye qalxsalar bele, teşkil olunmasa ve bu özbaşına, öz axarına buraxılsa, problemler yarada biler. Üçüncü önemli şert ise beynelxalq birliyin mövqeyidir. Men qeti şekilde bu mövqedeyem ki, avtoritar rejimlerden demokratiyaya keçidin dinc baş vermesi yalnız beynelxalq birliyin mövqeyinin ortaya qoyulması ile mümkündür. Avtoritarizmden demokratiyaya keçidin en müxtelif formaları ola biler. Bu xalq üsyanları ve başqa formalarda ola biler. Ancaq xüsusile vurğulayıram ki, deyişikliyin dinc forması beynelxalq birliyin mövqeyinin ortaya qoyulması şertile mümkündür. Yeni beynelxalq birliyin seçkilere obyektiv qiymet vermesi. Bir var standart kimi bildirilsin ki, seçkide bir sıra qanun pozuntularına yol verilib ve seçkiler beynelxalq standartlara cavab vermeyib, ancaq biz demokratiya sahesinde Azerbaycanla emekdaşlıq edeceyik ve saire. Bu, standart cümlelerdir. Bunu çox eşitmişik. Bir de var ki, Ukraynada olduğu kimi, birmenalı şekilde deyilsin ki, bu saxta seçkidir ve bunu beynelxaq birlik qebul ede bilmez. Bu prinsipial mövqedir. Tesevvür edin ki, 2003-cü ilin oktyabrında beynelxalq birlik Ilham Eliyevi tebrik elemek evezine, seçkilerin saxta keçirildiyini ve neticenin başqa olduğunu beyan eleyeydi. Tesevvür edirsiniz ölkede ne qeder ferqli ictimai-siyasi situasiya yaranardı? Ve eyni zamanda, beynelxalq birlik hakimiyyetin öz xalqına qarşı zorakılığının qarşısını almaq üçün ortaya mövqe qoya biler. Bu da çox önemlidir. Ukrayna ve Gürcüstanda sınaqdan keçmiş bir modeldir. Söhbet bundan gedir. Biz dünyadan qelebe çalmaq üçün kömek istemirik. Yalnız telebimiz odur ki, seçkilerin demokratik keçirilmesi ve hakimiyyetin zorakılığının qarşısını almaq üçün dünya bize yardım etsin. Hesab edirem ki, buna bizim haqqımız var, çünki demokratiya, insan haqları heç bir ölkenin daxili işi deyil. Bu 1975-ci ilde Helsinki müşaviresinde qebul olunmuş prinsipdir ki, insan haqları meselesi heç bir ölkenin daxili işi deyil. Bu şertler altıída, hesab ediğem ki, bizim uğuğumuz tamamile realdır. Seçkilere iki ay qalmış bir müddetde, hesab edirem ki, müsbet demokratik deyişiklikler tamamile mümkündür.

- Istediyimiz cavabı ala bilmedik. Bir daha soruşmaq isteyirik ki, noyabrın 7-de Sizi harada axtarmalıyıq?

- Situasiya bizi harada teleb etse, orada da axtarmalısız. "Çapayev" kinosunu görmüsüz? Orada Çapayev xerite üzerinde kartoflarla öz etrafdakıları izah edir ki, komandir hansı situasiyada qabaqda, hansı situasiyada yanda, hansı situasiyada arxada olmalıdır. Yeni, bunu situasiya müeyyen edir. Ancaq mübarizenin merkezinde olacağımıza heç bir şübheniz olmasın.

- Kenar müşahideçiler bezen vurğulayırlar ki, Azerbaycanın müxalifet partiyaları daha çox beynelxalq alemin desteyine arxalanmaq niyyetindedirler, cemiyyetin, xalqın mövqeyi, nedense arxa plandadır...

- Gelin, meseleni bele qoymayaq. Men siz dediyinizle razılaşmıram, ancaq fikirlerimi deye bilerem. Hesab edirem ki, biz 2003-cü ilde seçkilerde demokratik qüvvelerin qelebesinin temin olunması üçün kifayet qeder ictimai feallığın mövcudluğuna nail olduq. Lakin beynelxalq birlik hemin merhelede status-kvoya üstünlük verdiyi üçün bizim qelebemiz reallaşmadı, eksine demokratik qüvveler ve xalq avtoritar rejim terefinden dehşetli zerbeler aldı. Ona göre de, seçkilerin birinci merhelesinde "Azadlıq" bloku liderlerinin esas qayğıları ve fealiyyeti ondan ibaret olub ki, beynelxalq birliyi Azerbaycan xalqının demokratiyaya hazır ve qadir olmasına inandıraq. Xeyli derecede buna nail olmuşuq. Biz xalqımıza ve onun gücüne inanırıq, arxalanırıq. Hesab edirem ki, qarşıda olan iki ay müddetinde zeruri aktivliye, feallığa nail ola bileceyik. Bu baxımdan bunlar bir-birini tamamlayır. Uğur qazanmaq üçün işin 95 faizi xalqın, 5 faizi ise beynelxalq birliyin üzerine düşür. Hemin 5 faiz ele elementdir ki, o, xöreyin tam hazır olması üçün ona atılmalı olan xüsusi madde qeder ehemiyyetlidir. Biz xalqla yanaşı, beynelxalq birliye de arxayın olmalıyıq ki, Gürcüstanda, Ukraynada baş veren analoji hallar Azerbaycanda da reallaşsın. Haqqın, edaletin, demokratiyanın xalqın yanında olması modeli baxımından. ABŞ rehberliyi de, Avropa Şurasının ve Avropa Birliyinin önemli insanları da defelerle bunu deyibler ve biz hemin deyilenlerin gerçekleşmesini isteyirik.

- Sözsüz ki, son aylarda Azerbaycanla bağlı çox ciddi ve sert beyanatların şahidi olmuşuq. Beynelxalq demokratik birliyin Azerbaycanda edaletli seçki ile bağlı budefeki mövqeyinin prinsipial olduğu aydın görünür. Amma o da hiss olunur ki, seçkiler saxtalaşdırılacağı teqdirde başlayacaq inqilaba destek meselesinde bir qeder qerarsızlıq var. Xüsusen de Ilham Eliyevin 11 may tarixli serencamından sonra, sanki beynelxalq alemin demokratik seçkiye inamı artıb...

- Biz prosesleri oybektiv qiymetlendirmeyi bacarmalıyıq. Fakt odur ki, namizedlerin qeyde alınması merhelesinde hakimiyyet terefinden ciddi pozuntulara yol verilmeyib. Bu bir faktdır. Düzdür, belke de başqa bir terefde qanun pozuntusuna yol verilib. Eminem ki, her hansı bir komissiya araşdırma aparmağa başlasa, hakimiyyet terefinden namizedliyi ireli sürülmüş şexslerin böyük ekseriyyetinin imzalarının saxta olduğu üze çıxar. Ve buna göre de xeyli namized, eslinde seçkilere buraxılmamalıdır. Ancaq evvelki seçkilerde demokratik qüvvelerin nümayendelerinin qeyde alınmasına problem yaradıldığından, biz esas diqqeti bu meseleye yöneltdik ve problemin bu seçkilerde baş vermemesine nail olduq. Bütün bunları qiymetlendirmek lazımdır. Tekce o menada yox ki, hakimiyyet demokratiyaya doğru addımlar atır, o menada ki, bu, özbaşına baş vermir. Minlerle müxalifetçinin, fedakar insanın fealiyyeti neticesinde mümkün olub. Yeni, biz bu problemle 1995, 2000, 2003 ve diger illerde keçirilen seçkilerde üzleşmişik. Öten prezident seçkilerinde ADP sedri Resul Quliyevin namizedliyi qeyde alınmadı. Öten parlament seçkilerinde demokratik düşergenin yüzlerle üzvü namized kimi qeydiyyatdan keçe bilmedi. Yeni, bu mesele artıq hell olunub. Beynelxalq birlik bunu müsbet bir addım kimi qiymetlendirirse, normal yanaşmaq lazımdır, müsbet hadisedir. Meselenin mahiyyetine geldikde ise, bize Azerbaycanda ciddi demokratik deyişiklikler lazımdır. Bunun adını inqilab, islahat qoyacaqlar, tekamül qoyacaqlar, ne qoyacaqlar qoysunlar. Ne ferqi var? Önemli olan bu deyişikliyin baş vermesidir. Avropada ve bizim postsovet mekanında 1991-ci ilden sonra ne qeder deyişiklikler baş verib? Bu deyişikliklerin müxtelif adları var, ancaq önemlisi odur ki, bu deyişiklik baş verib. Bizim üçün de önemli olan deyişikliyi heyata keçirmekdir. Isteyirsiniz bunu inqilab adlandırın, isteyirsiniz başqa bir ad verin. Men ciddi, köklü, demokratik deyişiklikler terminine daha çox üstünlük verirem.

- Sualı tesadüfen vermedik. Son bir neçe ciddi beyanatda seçki prosesindeki pozuntuların ve ümumiyyetle seçkilerin ehtimal olunan saxtalaşdırılmasının mesuliyyetinin hakimiyyetdeki "bezi qüvvelerin" üzerine qoyulması tendensiyası hiss olunur...

- Mende olan melumata göre, beynelxalq birlik Azerbaycandakı situasiyanı çox deqiq bilir ve bu hakimiyyetin islahatlara qadir olmadığını çox gözel anlayır. Diplomatiyanın da öz qaydaları var ki, hansı sözü kim deyecek, hansı söz açıq, metbuatda deyilecek, hansı söz qapalı deyilecek, bunların öz normaları var. Ona göre de bu proses gedir. Ve eslinde bu çox ciddi bir beyanatdır ki, hakimiyyetdeki bezi qüvveler seçkilerin demokratik keçirilmesinin qarşısını alırlar. Diplomatiyada bu çox sert beyanatdır. Hamı başa düşür ki, hakimiyyetin başındakı kimdir ve demokratiyanın qarşısını almaq isteyenler var, ancaq bütün mesuliyyet bir adamın üzerine düşür.

- Hazırkı merhelenin en aktual meselelerinden biri de ADP sedri Resul Quliyevin Vetene dönüşüdür. Hakimiyyet tezyiqler neticesinde onun namizedliyini qeyde almağa mecbur olsa da, sonradan toxunulmazlıq hüququnu leğv etdi. Diger terefden ise, Resul bey vetene qayıtmaqla bağlı qeti qerarını açıqlayıb. "Azadlıq" blokunun blokun liderlerinden olan R.Quliyevin qayıdışı ile bağlı hansı konkret planları var?

- Bu mesele "Azadlıq" blokunun toplantılarında da müzakire olunub. Bu yaxınlarda Varşavada Resul Quliyevin özünün iştirakı ile keçirilen görüşde de müzakire edilib. ADP-nin bir müddet önce keçirdiyi müşavirede de hemçinin. "Azadlıq" blokunda temsil olunan qüvveler Resul Quliyevin vetene dönüşü ve seçkilerde iştirak etmesi üçün lazım olan addımları atmağa hazırdır, Azerbaycan Demokrat Partiyası ve demokratik qüvvelerle bir yerde. Bunun bir neçe istiqameti var. Birincisi, meselenin hüquqi istiqametidir. Bu hakimiyyetin cehdlerinin hüquqi deyil, siyasi xarakter daşıdığını şerh etmekdir, söylemekdir, beynelxalq miqyasda möhkemlendirmekdir. Ikinci istiqamet meselenin siyasi helline nail olmaqdır ki, beynelxalq birlik de bu meselede daha feal mövqe tutur. Siyasi mühacirlerin vetene dönüb, seçkilerde iştirak etmesi üçün prinsipial mövqe ortaya qoyublar. Üçüncü bir istiqamet ise demokratik qüvvelerin müeyyen fedakarlıqlara hazır olmasıdır. Bütün bu istiqametlerde fealiyyet gösterilmelidir. Resul Quliyeve qarşı edilenler bütün hallarda qanun pozuntusudur, insan haqlarının pozulmasıdır, edaletsizlikdir. Namizedlere beraber şeraitin yaradılması bütün müvaffiq qanunvericilikde de var, Ilham Eliyevin dırnaqarası mehşur 11 may fermanında da var. ABŞ konqresmenlerinin Azerbaycanda keçirilecek seçkilerle bağlı qebul etdiyi qetnamede de bu, öz eksini tapıb, beynelxalq teşkilatların senedlerinde de. Diger terefden, Azerbaycanda hakimiyyetin bu hebs meselesine vurğunluğuna son qoymağın vaxtı gelib çatıb. Yeni, normal dünyada insanların, xüsusile de tanınmış siyasi xadimlerin hebs edilmesine normal proses kimi baxılır. Eger her hansı adamla bağlı cinayet işi qaldırılarsa, ondan girov götürmekle, baresinde hebs-qetimkan tedbiri seçilmir, istintaq müddetinde azadlıqda qalır. Mehkeme yekunlaşır ve müsteqil mehkeme qerar verir. Hemin qerarı ictimaiyyet qebul edir, ya elemir, bu başqa meseledir. Eger ortada iqtisadi meseleden söhbet gedirse, o zaman kimise hebsxanaya salmaq ümumiyyetle absurd xarakter daşıyır. Aydın meseledir ki, bu, hakimiyyetin demokratik qüvvelere, o cümleden de, Azerbaycan Demokrat Partiyasına qarşı tezyiqlerinin bir formasıdır. Biz meseleye komples şekilde yanaşmalıyıq ve bütün istiqametlerde ne mümkünse, onu da elemeliyik ki, meselenin helline nail olaq.

- ADP sedrinin ölkeye qayıtması situasiyanı müxalifetin xeyrine deyişe bilecek ehemiyyetli hadise kimi qiymetlendirilir. Bu baxımdan "Azadlıq" blokuna daxil olan partiyalar R.Quliyevin dönüşü meselesinde ADP ile birlikde sonadek mübarize aparacaqmı?

- Resul Quliyev Azerbaycanın en tanınmış siyasetçilerinden biridir ve tebii ki, onun vetene dönmesi proseslere tekan verecek. Hetta, men beynelxalq teşkilatların nümayendelerile görüşde meseleni bu şekilde qoyurdum ki, Azerbaycan ictimaiyyetinde azad ve edaletli seçkilere inamsızlıq var. Bu inamsızlıq esassız deyil, Esaslıdır. Ona göre ki, prinsipial meselelerde hele de deyişiklik edilmeyib. Prinsipial meselelerde deyişiklikler olunmalıdır ki, cemiyyetde inam mövcud olsun. Bunlardan biri seçki komissiyalarının terkibinin yeniden teşkil olunmasıdır. Yeqin razılaşarsınız ki, bu deyişikliler olarsa, cemiyyetde seçkilere inam xeyli artar. Bunlardan biri de ölkede real müsteqil televiziyanın yaradılmasıdır ki, demokratik qüvveler hemin televiziyadan serbest şekilde istifade etmeyi bacarsın. Diger bir mesele serbest toplaşmaq azadlığının ölke boyu temin edilmesidir ve onun qarşısının alınmasına qeti olaraq son qoyulmasıdır. Bunlardan biri de siyasi mühacirlerin, o cümleden Resul Quliyevin ölkeye dönüşünün temin edilmesidir. Bu baş vererse, cemiyyetde inam yaranacaq ki, artıq ölkede nelerse deyişir, hakimiyyet proseslerin qarşısını almağı bacarmır ve deyişikliye getmeye mecburdur. Bu baxımdan, hesab edirem ki, Resul Quliyevin ölkeye dönüşü çox vacibdir.

- Isa bey, sözsüz ki, Varşava görüşünün metbuata açıqlanmayan daha mühüm meqamları olub. Yeqin ki, onlardan biri de Resul Quliyevin aeroportda qarşılanması taktikasının müzakiresidir. Bilmek maraqlı olardı, eger hakimiyyet aeraportdaca Resul Quliyevi hebs etmeye cehd ederse, "Azadlıq" bloku, hetta qarşıdurmaya bele getmeye hazırdırmı?

(Ardı gelen sayımızda)

 Söhbeti
yazdı: Ruslan Xəlil

Bakı-Xeber qəzeti, 08 sentyabr 2005-ci il